Serxio Ramos "Real"da üçüncü oldu
Madrid "Real"ının futbolçusu Serxio Ramos klubun tarixində ən çox qol vuran üçüncü müdafiəçi olub.

2005-ci ildən "Kral klubu"nun əsas komandasında forma geyən ispan oyunçu bu mövsüm ilk qolunu "Levante" ilə matçda vurub.

Ramos "Real"dakı doqquzuncu mövsümündə də fərqlənə bilib. Bununla da, Madrid klubundakı qollarının sayını 42-yə yüksəldən futbolçu klub tarixində ən çox qol vuran üçüncü müdafiəçi olub.

Qeyd edək ki, "Real"da müdafiəçi olaraq ən çox fərqlənən 101 qolla Hierodur. Roberto Karlos (68) isə ikincidir.

Xəbər 1019 dəfə oxundu.