"Beşiktaş"ın şikayəti rədd edildi
Apellyasiya məhkəməsi Türkiyənin "Beşiktaş" klubunun dörd matçlıq cəzalandırılması ilə bağlı şikayəti rədd edib.

Bu cəzanın təsdiqlənməsi ilə "qara qartal"lar daha böyük təhlükə ilə üzləşib.

Belə ki, əgər eyni hadisələr təkrarlanarsa, klubun xalı silinəcək. "Beşiktaş" azarkeşləri bir mövsümdə dördüncü dəfə meydana daxil olacağı təqdirdə kluba daha böyük cəzalar gələcək. Bu zaman onlara texniki məğlubiyyət veriləcək və klub aşağı liqaya düşürüləcək.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) "Beşiktaş" klubuna 4 oyunluq azarkeşsiz oynamaq cəzası verib.

Xəbər 843 dəfə oxundu.