"Rumıniyanın şansı daha çoxdur"
"Rumıniyanın şansı daha çoxdur."- bu sözləri Hollandiyanın milli komandasının texniki direktoru Luis Van Qal deyib.

İdman.com.az saytının məlumatına görə, mətbuata açıqlama verən texniki direktor 2014-cü il Dünya Kubokunun qrup seçmə matçlarında Türkiyənin əldə etdiyi nəticələrdən razı olmadığını bildirərək, onun rəqiblərindən daha az şansa malik olduğunu qeyd edib.

"Təəssüf ki oynanan matçlar sonunda Türkiyənin aldığı nəticələr məni xəyal qırıqlığına uğratdı. Türkiyənin yaxşı bir heyəti var idi . Lakin oynanılan oyunların nəticələri Türkiyə komandasını kritik bir vəziyyətə gətirdi. Türkiyə matçdan əvvəl Amsterdam Arenada Macarıstan ilə oynayacaq. Macarıstan üzərində rahat qələbə əldə edəcəyimizi düşünürəm. Türkiyədə isə Fənərbaxça Şükrü Saraçoğlu Stadionunda həqiqətən çox çətin bir kənar sahə matçı oynayacağıq. Stadionun atmosferini çox yaxşı bilirəm. Bu cür atmosferlər əslində məni və komandamız daha çox motivasiya edir. Əlbəttə, çox çətin bir matç olacaq. Biz qazanmaq üçün əlimizdən gələn hər şeyi etməyə çalışacağıq. İki matçdan da qalibiyyətlə ayrılacağımızdan əminəm. " -deyə sonda bildirib.


Aynurə

Xəbər 926 dəfə oxundu.