"Terim yenidən "Qalatasaray"ın baş məşqçisi ola bilər"
"Qalatasaray"ın vitse-prezidenti Özkan Olcay sabiq məşqçiləri Faith Terimn haqda maraqlı açıqlamalar verib.

O, klub prezidenti Ünal Aysalla türk mütəxəssis arasında çalışdıqları vaxt ərzində bir problem olmadığını deyib: "Ancaq Terimin millidə baş məşqçilik etməsi gündəmə gələndən sonra bu barədə narazılıqlar yaranmışdı. O, eyni zamanda həm "Qalatasaray"ı, həm də yığmanı çalışdırmaq istəmişdi. Ü.Aysal isə Çempionlar Liqasında yaxşı nəticələr əldə etmək istəyən bir klubun məşqçisinin iki yerdə işləməsini düzgün olmadığı bildirmişdi. Lakin əvvəlcədən Terim Türkiyə Futbol Federasiyası ilə millini çalışdırması üçün razılığa gəlmişdi".

Bütün bunlara baxmayaraq, vitse-prezident qarşıdakı illərdə Terimin yenidən "Qalatasaray"ı çalışdırmasının mümkün olduğunu qeyd edib.

Xəbər 923 dəfə oxundu.