Oskar Kardozo "Barselona"nın hədəfində
"Benfika" klubunun hücumçusu Oskar Kardozo qışda komandasını dəyişə bilər.

Paraqvaylı futbolçu "Barselona"nın transfer hədəfinə düşüb.

Kataloniya təmsilçisinin baş məşqçisi Xerardo Martino yanvar ayından 30 yaşlı futbolçunu komandasında görmək istəyir. Argentinalı mütəxəssis Kardozonu Lionel Messinin alternativi kimi görür.

Qeyd edək ki, Kardozo Portuqaliya liqasında geridə qalan 7 turda 3 qola imza atıb.

Xəbər 988 dəfə oxundu.