"İnter" Tiflisdə hazırlıqlarını davam etdirir
Topaz Premyer Liqada yaranmış fasilədən maksimum istifadə edən “İnter” klubu Gürcüstanın Tiflis şəhərində təlim-toplanışı keçir.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq planına əsasən ötən gün iki məşq baş tutub.

Səhər məşqi “Olimpik” UGFM-nin meydançasında keçirilib. Məşq qaçış və isinmə hərəkətlərilə başlayıb sonra futbolçular “stansiya” adlanan fiziki hərəkətləri yerinə yetiriblər. Bu tapşırıq məşğələlər və qapıya zərbələr seriyasını əhatə edir.

Axşam məşqi “Lokomotiv” klubunun təlim-məşq bazasında baş tutub. Bu məşğələdə futbolçular topla çalışıblar, sonra iki komandaya ayrılaraq ikitərəfli oyun keçiriblər.

Qeyd edək ki, bu gün daha iki məşqin keçirilməsi planlaşdırılır.


Xəbər 884 dəfə oxundu.