"Mançester Siti"nin futbolçusu "Real" yolunda
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti qışda transfer etmək istədiyini futbolçunun adını açıqlayıb.

İtaliyalı mütəxəssis "Mançester Siti"nin yarımmüdafiəçisi David Silvaya "elçi" düşüb.

"Real" rəhbərliyi Kaka və Xose Kallehonun komandadan ayrılmasından sonra yarımmüdafiə xəttində yaranan boşluğu məhz Silva ilə doldurmaq niyyətindədir. Yüksək məbləğ təklif edəcəyi təqdirdə "Mançester Siti"nin Silvanı "Real"a buraxacağı gözlənilir.

Qeyd edək ki, Silva 2010-cu ildə "Valensiya"dan "Mançester Siti"yə transfer olunmuşdu.


Xəbər 1044 dəfə oxundu.