Terim heyəti açıqladı
Türkiyə millisinin baş məşqçisi Fatih Terim 2014-cü il dünya çempionatı seçmələri çərçivəsində «D» qrupunda oynanacaq Estoniya və Niderland yığmaları ilə matçlara namizəd heyətini açıqladı. Ay-ulduzlular Estoniya ilə oktyabrın 11-də Tallində, Niderlandla isə oktyabrın 15-də İstanbulda Şükrü Saracoğlu stadionunda oynayacaqlar.

Zədələri olan «Beşiktaş»lı Oğuzhan Özyakup və «Sent Etyen»li Mevlut Erdinc heyətə alınmadılar. Hər iki oyunçunun zədələrinin Estoniya və Niderland matçlarına qədər sağalmayacağı aydın olduğu üçün həkimlərin təklifi və texniki heyətin qərarı ilə onların müalicəsinin klublarında davam edilməsi məsləhət görülüb.

Ən böyük məyusluq isə Nuri Şahindən gəlib. Dortmund «Borussiya»sının oyunçusunun adı ilkin olaraq siyahıya salınsa da, şənbə günü mönxenqladbaxlılarla oyunda zədə alan futbolçu millinin matçlarına çıxmaq imkanını itirib. Fatih Terimin heyətə çağırdığı futbolçularsa bunlardı:

Olcay Şahan, Gökhan Töre, Tolga Zengin, Ersan Adem Gülüm, Mustafa Pektemek («Beşiktaş»), Alper Potuk, Gökhan Gönül, Volkan Demirel, Caner Erkin, Hasan Ali Kaldırım, Mehmet Topal («Fənərbağça»), Burak Yılmaz, Umut Bulut, Selçuk İnan, Semih Kaya («Qalatasaray»), Cenk Tosun («Qaziantepspor»), Salih Dursun («Kayserispor»), Onur Recep Kıvrak, Aykut Demir, Olcan Adın («Trabzonspor»), Arda Turan («Atletiko»), Ömer Toprak («Bayer»), Hakan Çalhanoğlu («Hamburq»).

Xəbər 903 dəfə oxundu.