Mançini "Qalatasaray"da görmək istəmədiyi futbolçuları müəyyənləşdirdi
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini qış transfer pəncərəsi dönəmində komandadan ayrılmasını istədiyi futbolçuları müəyyənləşdirib.

İtaliyalı mütəxəssis rəhbərliyə göndərdiyi siyahıda Dani, Ambarat və Rieranın transfer olunmasını tələb edib.

Mançini "Mançester Siti"dəki keçmiş oyunçusu Aleksandr Kolarovu "Qalatasaray"a gətirmək istədiyini bildirib.

Qeyd edək ki, Burak Yılmazın da qış transfer pəncərəsi dönəmində başqa kluba transfer olunacağı iddia edilir.

Xəbər 874 dəfə oxundu.