"Borussiya"nın futbolçusu mövsümü erkən başa vura bilər
"Borussiya"nın (Dortmund) futbolçusu İlkay Gündoğanın zədəsi olduqca ciddidir.

Avqustun 16-ı Almaniya millisinin Paraqvayla oynadığı matçda zədələnən və indiyə kimi forma geyə bilməyən türkəsilli alman yarımmüdafiəçi bu mövsüm heç bir oyunda iştirak etməyə bilər.

Belindən problem yaşayan İ.Gündoğanın zədəsənin heç cür sağalmadığı və onun nə vaxt yaşıl meydanlara qayıdacağı məlum deyil.

Klubun idman direktoru da verdiyi açıqlamada yayılan xəbərləri təsdiqləyib.

Xəbər 831 dəfə oxundu.