Berti Foqts mətbuat konfransı keçirəcək
Oktyabrın 10-da "Sheraton Baku Airport Hotel"də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında keçiriləcək oyuna həsr olunmuş mətbuat konfransı təşkil olunacaq.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir saat 12:00-a nəzərdə tutulub.

Xəbər 1000 dəfə oxundu.