Həmid Altıntopdan şad xəbər
Zədələndiyi üçün bir müddətdir yaşıl meydanlardan uzaqda qalan "Qalatasaray"ın futbolçusu Həmid Altıntopun durumu yaxşılaşır.

Superliqada "Bursaspor"la matçda ayağından zədələnən futbolçunun bıçaq altına yatacağı və bu əməliyyatın onun futbolçu karyerasını bitirəcək qədər təhlükəli olduğu bildirilmişdi.

Ancaq keçmiş klubu "Bavariya"nın həkimləri tərəfindən müayinə olan H.Altıntopun zədəsi bir qədər sağalıb. Əvvəl gəzməkdə belə çətinlik çəkən yarımmüdafiəçinin artıq ayaqüstə dura bildiyi və əməliyyata ehtiyacı olmadığı açıqlanıb.

Xəbər 938 dəfə oxundu.