Mariya Stadnik Londona lisenziya və dünya çempionatının gümüş medalını qazandı

İstanbulda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Çempionatının üçüncü günündə xalça üzərinə çıxan güləşçimiz Mariya Stadnik (48 kq) ardıcıl olaraq Patrisiya Bermudes (Argentina), Zılduz Yeşimova-Turtbayeva (Qazaxıstan) və Eseniya Kariponu (Venesuela) məğlub edərək ¼ final mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə güləşçimiz ABŞ idmançısı Klarrisu Çunaqalib gələrək yarımfinala yüksəlməklə yanaşı, Azərbaycana 2012-ci ildə Londonda təşkil olunacaq Yay Olimpiya Oyunlarına 12-ci lisenziyanı qazandırıb.

Güləşçimiz yarımfinalda kolumbiyalı Karolina İdalqoya da qalib gəlib. Yalnız finalda yaponiyalı Sakamoto İbaraya məğlub olan idmançımız dünya çümpionatının gümüş medalına layiq görülüb.


Xəbər 1090 dəfə oxundu.