"El Klassiko"nun tarixi bəlli oldu
İspaniya La Liqasında bütün dünyanın maraqla gözlədiyi derbinin - "Barselona" - "Real" (Madrid) matçının tarixi bəlli olub.

Mövsümün ilk "El Klassiko"su oktyabrın 26-da baş tutacaq.

Barselonanın "Nou Kamp" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu il martın 2-də keçirilən son "El Klassiko"da "Real" "Barselona"nı səfərdə 2:1 hesabı ilə məğlub etmişdi.

Xəbər 1193 dəfə oxundu.