Dieqo Kosta "Atletiko"nun tarixinə düşdü
"Atletiko"nun (Madrid) futbolçusu Dieqo Kosta klubun tarixinə düşüb.

Hücumçu La Liqanın 8-ci turunda "Selta" ilə matçda dubl edərək cari mövsümdə ard-arda beşinci oyunda qol vurub.

Bununla da o, Dieqo Forlanın rekordunu yeniləyib. Əgər Kosta 9-cu turda "Espanyol"la matçda da fərqlənə bilsə, yeni rekorda imza atmış olacaq.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm cari çempionatda forma geydiyi 8 matçda 10 qol vurub.

Xəbər 1038 dəfə oxundu.