Ronaldoya 14 qol lazımdı
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo "Levante" ilə görüşdə (3:2) fərqlənməklə bu il vurduğu qolların sayını 50-yə yüksəldib.

28 yaşlı futbolçu bu il 44 dəfə "Real"ın, 6 dəfə isə Portuqaliya millisinin heyətində fərqlənib.

Ronaldonun ötən ilki rekordunu təkrarlaması üçün daha 14 dəfə rəqib qapılarına yol tapmalıdır. Ötən il 63 dəfə fərqlənən portuqaliyalı futbolçunun bu il daha çox qol vuracağı istisna olunmur.

Qeyd edək ki, Ronaldonun ilin sonuna kimi sərəncamında 19 oyun var.

Xəbər 863 dəfə oxundu.