Oqtay Mahmudi: "Qazandığımız üçün çox xoşbəxtəm"
Basketbol Spor Toto kişilər Türkiyə kubokunun D qrupunda yer alan Anadolu Efes Mersin Böyükşəhər Bələdiyyəsini 84-71 hesabı ilə məğlub edib.

İdman.com.az saytının məlumatına görə, oyunun ilk dəqiqələrində yaxşı oyun nümayiş etdirən Mersin Böyükşəhər Bələdiyyəsi mübarizəni axıra kimi davam etdirməyi bacarmayıb.

Meydandan qalib olaraq ayrılan Anadolu Efes komandasının baş məşqçisi Oqtay Mahmudi jurnalistlərə açıqlaması zamanı qalib gələn tərəf olduqları üçün xoşbəxt olduqlarını bildirərək: "Bu oyunda biz gənc komanda ilə mübarizə apardıq. Əslində belə komanda ilə daha yaxşı oyun nümayiş etdirə bilərdik. Çox şey istədiyimiz kimi olmadı. İnkişaf etməyimiz üçün çox potensialımız var. Zaman içində həm komanda, həm də fərdi mənada daha yaxşı hala gələcəyimizə əminəm. "


Aynurə

Xəbər 1218 dəfə oxundu.