İngiltərə Premyer Liqasında lider yenə dəyişdi
Futbol üzrə İngiltərə Premyer Liqasında VII tura yekun vurulub.

Son oyun günündə 4 qarşılaşma baş tutub.

"Çelsi" səfərdə "Norviçi" məğlub edib - 3:1

"Sauzhempton" öz meydanında "Suonsi"ni qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

"Tottenhem" doğma meydanda "Vest Hem"lə bacarmayıb və rəqibinə böyük hesabla məğlub olub - 0:3.

"Arsenal" isə səfərdə "Vest Bromviç"lə 1:1 hesablı bərabərə qalıb. Qazanılan bir xal London təmsilçisini yenidən turnir cədvəlinin lideri edib.




6 oktyabr

İngiltərə Premyer Liqası, VII tur

"Norviç" - "Çelsi" - 1:3
Qollar: Oskar, 4 (0:1), Pilkinqton, 68 (1:1), Hazard, 85 (1:2), Vilian, 86 (1:3)

"Sauzhempton" - "Suonsi" - 2:0
Qollar: Lallana, 19 (1:0), Rodrigez, 83 (2:0)

"Tottenhem" - "Vest Hem" - 0:3
Qollar: Reid, 66 (0:1), Rikardo, 72 (0:2), Morisson, 79 (0:3)

"Vest Bromviç" - "Arsenal" - 1:1
Qollar: Yakob, 42 (1:0), Vilşere, 63 (1:1)



5 oktyabr

"Mançester Siti" - "Everton" - 3:1
Qollar: Lukaku, 16 (0:1), Neqredo, 17 (1:1), Aquero, 45 (2:1), Hovard, 69-avtoqol (3:1)

"Kardiff" - "Nyukasl" - 1:2
Qollar: Remi, 30 (0:1), 38 (0:2), Odemvinqie, 58 (1:2)

"Hall Siti" - "Aston Villa" - 0:0

"Fulhem" - "Stok Siti" - 0:1
Qol: Bent, 82 (1:0)

"Liverpul" - "Kristal Palas" - 3:1
Qollar: Suarez, 13 (1:0), Staric, 17 (2:0), Cerard, 38-pen (3:0), Qayl, 77 (3:1)

"Sanderlend" - "Mançester Yunayted" - 1:2
Qollar: Qardner, 5 (1:0), Yazunaj, 55 (1:1), 61 (1:2)

Xəbər 1115 dəfə oxundu.