"Qalatasaray" 23 ildən sonra
Türkiyə Superliqasının 7-ci turunda səfərdə "Akhisar Bələdiyyəspor"a 1:2 hesabı ilə uduzan "Qalatasaray" klubu uğursuz çıxışı ilə diqqət çəkir.

"Cim Bom" 23 ildən sonra mövsümə ən pis başlanğıcını edib.

"Qalatasaray" sonuncu dəfə 1989/1990 mövsümünə uğursuz start vermişdi. "Qalatasaray"ın yeni baş məşqçisi Roberto Mançininin Superliqadakı debütü də uğursuz alınıb. Hazırda komanda 7 turdan sonra 7 xalla turnir cədvəlinin 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" matçının (1:2) nəticəsi rəsmiləşmədiyindən "Cim Bom"un xalı 7 olaraq göstərilib.

Xəbər 850 dəfə oxundu.