«Tour d Azerbaidjan»in kateqoriyası artdı
Artıq üçüncü dəfə Azərbaycanda keçirilməsi nəzərdə tutulmuş yarışı bu dəfə bir çox yenilikləri ilə yadda qalacaqdır. Belə ki, əvvəlki illərdən təşkil edilmiş «Tour d Azerbaidjan-2014» yarışlarının yüksək səviyyəli təşkilini nəzərə alan Beynəlxalq Velosipedçilər İttifaqı yarışın statusunu bir qədər də yüksəltmişdir. Yəni qarşıdakı ildə yarış 2.1 kateqoriyasında keçiriləcəkdir.

Əgər əvvəllər bu turnir əsasən kontinental komandalar iştirak edilirdisə, bu dəfə mənzərə tamam başqa cür olacaqdır. Beynəlxalq Velosiped İttifaqının qərarı ilə 2.1 formatında təşkil ediləcək yarışda pro-kontinental, pro-komandalar, kontinental və milli komandalar mübarizə aparacaqlar.

Bu yarışın daha bir özəliyi də ondadır ki, 2014-cü ilin may ayında keçiriləcək «Tour dAzerbaidjan-2014» beynəlxal velosiped yarışı “Tour of Turkey” yarışından dərhal sonra başlayacaqdır. Bu da türkdilli ölkələrdə idmanın bu növünün inkişafını göstərir. Yarışda ümumilikdə 20-yə yaxın komandanın iştirakı gözlənilir.

Beynəlxalq Velosiped İttifaqının qərarı bir daha Azərbaycanın dünyada artan nüfuzundan, ölkəmizin beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməsindən xəbər verir.

Xəbər 940 dəfə oxundu.