Vidalın maaşı artırılacaq
«Yuventus»un rəhbərliyi komandanın yarımmüdafiəçisi Arturo Vidalın müqaviləsinin uzadılması ilə bağlı razılığa gəlib. Çilili futbolçunun agenti Fernando Feliseviç futbolçunun illik maaşının 4,5 milyon avroyadək artırılmasını razılaşdıra bilib. Bu məbləğə bonuslar daxil deyil. Saziş 2018-ci ilədək müddət üçün nəzərdə tutulub. Vidal 2011-ci ildən «Yuventus»un formasını geyinir.

Xəbər 979 dəfə oxundu.