Davala vida etdi
Fatih Terimlə yollarını ayıran, sükana isə italiyalı mütəxəssis Roberto Mançinini gətirən «Qalatasaray»da bununla dəyişikliklər bitmədi. İdman.com.az saytı xəbər verir ki, Terimin köməkçisi Ümid Davala da sosial şəbəkə olan Twitterdə açıqlama verərək, klubdan ayrıldığını bildirdi.

«Qalatasaray»ın keçmiş ulduzu, bir neçə ildi klubda məşqçi kimi fəaliyyət göstərən Davala klub azarkeşlərinə şəbəkədə bunları bildirib: «Qalatasaray»da ayağım və əlim qırıldı, amma «Qalatasaray» sevgisinə ürəyim əsla qırılmayacaq. Haqqınızı halal edin».

Ümit Davala, mesajına əlavə olaraq üzərində «Qalatasaray» Türkiyədir» yazılan şərfi «Türk Telekom Arena»da əllərində qaldırdığı bir fotoşəkili də izləyiciləriylə paylaşıb.

Xəbər 1067 dəfə oxundu.