Bakari Sanyadan "Arsenal"a bəd xəbər
İngiltərə Premyer Liqasının hazırki lideri "Arsenal" klubu ciddi itki ilə üzləşib.

London təmsilçisinin müdafiəçisi Bakari Sanya zədələnərək sıradan çıxıb.

Çempionlar Liqasının qrup mərhələsində "Napoli" ilə görüşdə (2:0) zədələnən fransız futbolçunun ən azı iki həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir. Belədə "Vest Bromviç"lə görüşdə forma geyinə bilməyəcək 30 yaşlı futbolçu eyni zamanda Fransanın Avstraliya ilə oynayacağı yoldaşlıq matçını da buraxmalı olacaq.

Qeyd edək ki, "Arsenal" 6 turdan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbər 929 dəfə oxundu.