Əfsanəvi basketbolçu dünyasını dəyişdi
Dünən axşam basketbol dünyasına ağır itki üz verib.

İdman.com.az saytı İTAR-TASS-a istinadən xəbər verir ki, basketbol əfsanəsi, Olimpiya çempionu olan 70 yaşlı Sergey Belov qəflətən dünyasını dəyişib. Onun ölümün səbəbi isə hələlik məlum deyil.

Qeyd edək ki, Serqey Belov 23 yanvar 1944-cü ildə Tomsk vilayətində anadan olub. O, 11 dəfə SSRİ, 2 dəfə Dünya və 4 dəfə Avropa çempionu olub. 1993-cü ildə Belov Rusiya Basketbol Federasiyasının prezidenti olub.

Aynurə

Xəbər 1152 dəfə oxundu.