XXI Spartakiadasının qalibləri mükafatlandırılıblar
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) sosial inkişaf idarəsinin nəzdində fəaliyyət göstərən “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin ənənəvi olaraq təşkil etdiyi neft, qaz və kimya sənayesi işçilərinin XXI Spartakiadasının qalibi olmuş komandalara kuboklar təqdim olunub.

Tədbirdə çıxış edən idarənin rəisi Qasım İbrahimov qalib komandaları təbrik edərək XXI Spartakiadanın əhəmiyyətindən danışıb.
Bildirilib ki, idarənin nəzdində fəaliyyət göstərən “Neftçi” İdman-Sağlamlıq Mərkəzi dövlətimizin idmanın inkişafı istiqamətində apardığı siyasətə öz əməli ilə dəstək verən qurumlardan biridir. Artıq 21 ildir ki, mərkəz tərəfindən mütəmadi olaraq, neft, qaz və kimya sənayesi işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir.

Sonda neft, qaz və kimya sənayesi işçilərinin XXI Spartakiadasının ümumi komanda hesabında qalibləri kuboklarla təltif olunublar.
Heydər Əliyev adına Bakı neft emalı zavodu (1022 xal) ümumi komanda hesabında XXI Spartakiadanın qalibi adını qazanıb. Neft kəmərləri idarəsi (965 xal) 2-ci, “Azərneftyağ” neft emalı zavodu (963 xal) isə 3-cü yerlərə layiq görülüblər.

Xəbər 886 dəfə oxundu.