Zelko: "Bu, bizim üçün çox əhəmiyyətli oyun idi"
Fənərbaxça Ülkerin baş məşqçisi Zelko Obradoviç Olin Ədirnə matçından sonra qatıldığı mətbuat konfransında qarşılaşmada 3 əhəmiyyətli oyunçusundan məhrum olmasından mənfi təsirləndiyini söyləyib.

İdman.com.az saytının məlumatına görə, oyunçularına nə olursa olsun əvvəl özlərinə, sonra rəqiblərinə hörmət etməklərinə ifadə edən Zelko:"Birinci saniyədən son saniyəyə qədər çox ciddi oynadıq. Bu, bizim üçün çox əhəmiyyətli oyun idi. Hər matçda başından sonuna qədər hər rəqibə qarşı ciddi oynamaq lazımdır. Bütün oyunçularımızı göstərdikləri performans üçün təbrik edirəm. Məni ən xoşbəxt edən şey də bir məşqçi olaraq 12 oyuncuma birdən müddət verə bilməkdir. " -bildirib.

Qeyd edək ki, komanda bu matçda 98-54 hesabı ilə qalib olublar.

Aynurə

Xəbər 787 dəfə oxundu.