"Qəbələ" doğma meydanda "Neftçi" ilə qarşılaşıb
Əvəzedicilərin çempionatında daha bir oyun baş tutub

Əvəzedicilər çempionatının IX turunda "Qəbələ" doğma meydanda "Neftçi" ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən matçın taleyini bir qol həll edib. Murad Musayev matçın 71-ci dəqiqəsində penalti zərbəsindən aktivinə yazdığı qol qarşılaşmada həlledici olub. Görüşün qalan dəqiqələri qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab dəyişməyib və "Qəbələ" "Neftçi"ni paytaxta əliboş yola salıb.

Bu qələbədən sonra Luis Araqonun komandası xallarının sayını 16-a çatdırıb və turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

Xəbər 978 dəfə oxundu.