Şalkedə itki
Almaniya mətbuatı yaxın müddətdə Yens Keller Ceferson Farfanın xidmətindən istifadə edə bilməyəcəyi barədə xəbərlər yayıb.

İdman.com.az saytının məlumatına görə, Bazelləda səfər matçı zamanı idmançı ayaq əzələsini dartıb. Həkimlər perulu futbolçunun ən azı 1 ay oyundan kənar qalacağını bildirib. Bununla da Şalke bu oyun zamanı əsas futbolçusunu itirib.

Qeyd edək ki, bu mövsüm Farfan bundesliqanın bütün oyunlarında əsas heyətdə yer alıb.


Aynurə

Xəbər 779 dəfə oxundu.