Bekhemin "Mançester Yunayted"dən ayrılmasının səbəbi bəlli oldu
Ötən mövsümün sonunda baş məşqçilik karyerasını başa vuran Ser Aleks Fergüsson maraqlı açıqlamalar verməyə davam edir.

Bu dəfə keçmiş futbolçusu Devid Bekhem haqda danışan təcrübəli mütəxəssis onun "Mançester Yunayted"dən göndərilməsinin səbəbini belə izah edib:

"Buna Bekhemin hazırkı həyat yoldaşı Viktoriya Bekhem ilə evlənməsi səbəb oldu. Bu evlilikdən sonra o, futboldan çox məşhurlarla maraqlanmağa başladı. Halbuki mən bir futbol adamıyam. Oyunçularımın da futboldan başqa heç bir şey düşünmələrini istəmərəm. Bekhemin isə məqsədləri dəyişmişdi. Buna görə də onu "Real"a göndərdik. Bekhem daha böyük bir futbolçu ola bilərdi".

Qeyd edək ki, Bekhem 2003-cü ildə "Mançester Yunayted"dən Madrid "Real"ına transfer olunmuşdu.

Xəbər 1010 dəfə oxundu.