İniyesta: "Neymarın zamana ehtiyacı var"

"Barselona" klubunun yarımmüdafiəçisi Andres İniyesta komanda yoldaşı Neymar haqda xoş sözlər deyib.

"Goal.com"a danışan İniyesta braziliyalı futbolçunun zamana ehtiyacı olduğunu bildirib:

"Neymarın özünü sübut etməsi üçün zamana ehtiyacı var. Nəzərə almaq lazımdı ki, o hələ gəncdir. "Barselona" uzun illərdir yüksək səviyyəli hücumçular transfer edir. Neymar da həmin oyunçulardan biridir. İnanıram ki, Neymar yaxın gələcəkdə özünü ən yaxşı tərəfdən göstərəcək".

Qeyd edək ki, "Barselona"nın heyətində 8 oyun keçirən Neymar cəmi bir dəfə rəqib qapısına yol tapıb.

Xəbər 938 dəfə oxundu.