Mançini Burak Yılmaza niyə şans vermədi?
Ötən mövsüm "Qalatasaray"ın ən çox qol vuran futbolçusu olan Burak Yılmaz üçün bu mövsüm uğursuz başlayıb.

Hazırda forma geyindiyi 6 oyunda yalnız iki qol vuran türk hücumçuya klubun yeni baş məşqçisi Roberto Mançini ilk matçında şans verməyib.

Belə ki, "Yuventus"la matçda hücumçu olaraq ancaq Droqbaya güvənən italiyalı mütəxəssis sonrakı dəqiqələrdə digər hücumçu Ümid Buludu oyuna daxil edib.

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Mançinin Burakı oynatmamasının səbəbini belə izah edib: "Ümidin komandaya kömək edəcəyinə daha çox inandığım üçün onu seçdim. Amma Burak da çox yaxşı oyunçudur. Qarşıdakı matçlarda o da meydanda olacaq".

Xəbər 879 dəfə oxundu.