Yeniyetmə və gənclərin Respublika seçim turnirlərinin final mərhələsi başlayır
11-13 oktyabr 2013-cü il tarixdə Hövsan Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi, oktyabrın 14-15-də isə gənclər arasında “Hünər meydanı” Respublika seçim turniri keçiriləcək.

Yeniyetmələrin yarışında 1997-1998, gənclərin yarışında isə 1994-1996-cı il təvəllüdlü güləşçilər mübarizə aparacaq. Yarışların proqramına əsasən, turnirin rəsmi açılış mərasimi oktyabrın 11-də, saat 17.00-da gerçəkləşəcək.

Hər iki yarışda Azərbaycanın bütün bölgələrindən olan güləşçilər iştirak edəcək. İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

Proqram

11 oktyabr
42, 46, 50, 54, 58, 63 və 69 kq sərbəst güləş üzrə yeniyetmələr

12 oktyabr
76, 85 və 100 kq sərbəst güləş üzrə yeniyetmələr
42, 46, 50 və 54 kq yunan-Roma güləşi üzrə yeniyetmələr

13 oktyabr
58, 63, 69, 76, 85 və 100 kq yunan-Roma güləşi üzrə yeniyetmələr

14 oktyabr
50, 55, 60, 66, 74, 84, 96 və 120 kq sərbəst güləş üzrə gənclər

15 oktyabr
50, 55, 60, 66, 74, 84, 96 və 120 kq yunan-Roma güləşi üzrə gənclər

Xəbər 1200 dəfə oxundu.