"Baku United" qrup qalibliyinə yaxınlaşır
UEFA kuboku çərçivəsində "Baku United" növbəti oyununu keçirib.

“Bakililar”ın komandası Kiprdə baş tutan oyunda yerli Omonia klubu ilə qarşılaşıb. Gərgin keçən oyunda "Baku United" dalbadal hücumları ilə fərqlənib. Nəhayət oyunun 33-cü dəqiqəsində Marselo tablodakı hesabı dəyişə bilib – 1:0. Stadion sahiblərinin qapıçısı "Baku United"in hücumçusu Rizvan Fərzəliyevin güclü zərbəsini qaytara bilsə də, keçmiş Braziliya millisi Marselonun zərbəsi dəqiq olub.

Bundan sonra Kiprlilər hücumlarını gücləndirsələr də, məğlubiyyətdən yaxa qurtara bilməyiblər. Oyun "Baku United"in qələbəsi ilə başa çatıb - 1:0.

Beləliklə, 4-cü qrupda Kipr, Sloveniya və Çexiya komandaları ilə mübarizə aparan "Baku United" 4 xalla cədvəlin yuxarı pilləsində Çexiyanın Xrudim komandası ilə eyni yeri bölüşür. Oktyabrın 4-də bakılıların komandası Sloveniyanın Litija komandası ilə qarşılaşacaq.

Xəbər 1043 dəfə oxundu.