"Qalatasaray" futbolçularını mükafatlandırdı
Türkiyənin "Qalatasaray" klubu futbolçularını mükafatlandırıb.

Çempionlar Liqasında "Yuventus"la matçda (2:2) komandanın çıxışından razı qalan rəhbərlik oyunçularından hər birinə 250 min dollar ödəmək qərarı verib.

Əgər İstanbul klubu qələbə qazansa idi, hər futbolçu 400 min dollarla mükafatlandırılacaqdı.

Qeyd edək ki, bu heç-heçə ilə "Qalatasaray" cari mövsüm ÇL-də ilk xalını qazanmış oldu.

Xəbər 799 dəfə oxundu.