Şahmatçılarımız Vətənə qayıdırlar
Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin ikinci oyunları keçirilib.
Ağ fiqurlarla oynayan Vüqar Ukrayna milli komandasının heyətində Olimpiadanın qalibi olan Ruslan Ponomaryova uduzaraq mübarizəni dayandırıb – 0,5:1,5.

Teymur isə ukraynalı Olimpiya çempionu Vasili İvançukla ilk görüşdəki məğlubiyyətin əvəzini çıxıb. Şahmatçımız yarımfinala çıxmaq üçün dünən tay-brekdə qalib gəlməli idi. Lakin T.Rəcəbov bunu bacarmaytıb və mübarizəni dayandırıb.

Beləliklə, şahmatçılarımız şahmat üzrə Dünya Kubokunda iştiraklarını başa vurublar.

Xəbər 944 dəfə oxundu.