Arda "Qalatasaray"ı tək buraxmadı
"Atletiko"nun (Madrid) futbolçusu Arda Turan sabiq klubu "Qalatasaray"a dəstək olub.

Türk yarımmüdafiəçi dünən Torinoya gələrək, Çempionlar Liqasının qrup mərhələsində baş tutan "Yuventus" - "Qalatasaray" matçının stadiondan izləyib.

Qarşılaşmanı həyəcanla izləyən Arda oyunun hakiminin İstanbul klubunun qapısına penalti təyinetmə qərarına əsəbiləşib.

Matçdan sonra isə futbolçu keçmiş komanda yoldaşlarını təbrik edərək stadiondan ayrılıb.

Xəbər 810 dəfə oxundu.