İmişlidə cüdo idman növü üzrə açıq rayon birinciliyi
İmişli rayon Gənclər və İdman idarəsinin 2013-cü ilin 2-ci yarımilliyi üçün tərtib olunmuş iş planına əsasən 28-29 sentyabr cudo idman növü üzrə açıq rayon birinciliyi keçirilib.

İmişli Olimpiya İdman Kompleksinin güləş zalında 87 nəfərin iştirakı ilə təşkil olunmuş yarışda qonşu rayonlardan Biləsuvar, Ağcəbədi və Beyləqan komandaları iştirak edib.

Sonda yüksək yerlərə layiq görülmüş idmançılar idarə tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbər 961 dəfə oxundu.