Binəqədidə rayon birinciliyi keçirilib
24-27 sentyabr Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon məktəbliləri arasında payız çağırışına həsr olunmuş “Marş irəli” devizli VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

244 saylı orta məktəbdə 23 komanda tərkibində 115 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi, yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi olub.

Sonda birinciyə 244, ikinciyə 267saylı orta məktəb lisey, üçüncü yerə 126 saylı orta məktəbin komandası layiq görülüb.

Xəbər 1086 dəfə oxundu.