Stolüstü tennis üzrə yığma komandamız Avropa çempionatına yola düşüb
Oktyabr ayının 3-dən 14-dək Avstriyanın Şvexat şəhərində keçiriləcək stolüstü tennis üzrə Avropa çempionatına hazırlıq çərçivəsində baş məşqçi A. Zudovun və məşqşi F. İsmayılovun rəhbərliyi altında yığma komandamızın 6 nəfər üzvü (3 oğlan və 3 qız) bu günlərdə Latviya Respublikasına yola düşüb. Millimizin üzvləri ölkənin paytaxtı Riqa şəhərində idman ustalıqlarını artırmaq məqsədilə yerli idmançılarla birgə təlim-məşq toplanışında iştirak edəcəklər.

Tədbir oktyabr ayının 2-dək davam edəcək, oktyabrın 3-də isə tennisçilərimiz Avstriyaya Avropa çempionatına yola düşəcəklər.

Xəbər 922 dəfə oxundu.