Rayan Raulun rekordunu yenilədi
"Mançester Yunayted"in futbolçusu Rayan Qiqqz dünən Şaxtyorla oyunda Çempionlar Liqasının tarixinə düşüb.

O, bu turnirdə 145-ci matçına çıxaraq Raulun rekordunu yeniləyib.
Donetskdə keçirilən matçın 66-cı dəqiqəsində meydana çıxan 39 yaşlı futbolçu Çempionlar Liqasında 144 oyun keçirən "Real" (Madrid) klubunun sabiq hücumçusu Raul Qonzalesi geridə qoyub.
Qeyd edək ki, bu siyahıda hazırda Paulo Maldini (140) üçüncü, Xavi Hernandez (136) isə dördüncüdür.

Xəbər 682 dəfə oxundu.