"Qalatasaray" ciddi itki ilə üzləşdi
Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində səfərdə "Yuventus"la qarşılaşan "Qalatasaray" klubu ciddi itki ilə üzləşib.

"Cim Bom"un əsas müdafiəçisi Semih Kaya zədələnərək sıradan çıxıb.

Matçın 25-ci dəqiqəsində zədələnən müdafiəçi S.Kaya oyunu davam etdirə bilməyib. Belədə baş məşqçi Roberto Mançini Gökhan Zanı meydana buraxıb.

Qeyd edək ki, itkiyə baxmayaraq "Qalatasaray" fasiləyə 1:0 hesabı ilə üstün yollanıb.

Xəbər 926 dəfə oxundu.