"Simurq" AZAL-la oyunun hazırlıqlarını davam etdirir
Ötən turda turnir cədvəlinin lideri ilə qolsuz heç-heçə edən "Simurq" klubu növbəti oyunun hazırlıqlarını davam etdirir.

Bu görüşdən sonra futbolçularına istirahət verməyən Georgi Çixradze, futbolçularını "AZAL"la görüşdə qələbəyə kökləməyə çalışır.

Hər gün "Şəfa stadionun"da məşqləri davam etdirən Zaqatala təmsilçisi, əsasən takitiki və texniki tapşırıqların yerinə yetirilməsi üzərində çalışır. Artıq bu gün komanda qarşılaşmanın keçiriləcəyi "AZAL Arena"da sonuncu məşqinə çıxacaq.

Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli komandadan ayrı, qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında hazırlıqları davam etdirir.

Qeyd edək ki, Topaz Premyer Liqasının IX turu çərçivəsində keçiriləcək "AZAL" - "Simurq" oyunu oktyabrın 4-də, saat 18:00-da, "AZAL Arena"da keçiriləcək. Cəza səbəbindən Draqan Çeran və İlkin Qırtımov bu görüşdə forma geyinə bilməyəcək.

Xəbər 817 dəfə oxundu.