Messi yubiley matçına çıxır
"Barselona" klubu bu gün İspaniya La Liqasının 7-ci turunda səfərdə "Almeria"nın qonağı olacaq.

Bu qarşılaşma Kataloniya klubunun futbolçusu Lionel Messi üçün xüsusi əhəmiyyət kəsb edəcək.

Argentinalı hücumçu 10 nömrəli forma ilə 300-cü oyununa çıxacaq. 25 yaşlı oyunçu indiyə kimi 277 rəsmi, 22 hazırlıq matçında bu formanı geyib.

Xatırladaq ki, Messi ilk olaraq 30, daha sonra isə 19 nömrəli forma ilə çıxış edib.

Qeyd edək ki, 2004-cü ildən "Barselona"nın əsas komandasında oynayan futbolçu indiyə kimi Kataloniya klubu ilə 387 matçda iştirak edib və 323 qol vurub.

Xəbər 896 dəfə oxundu.