Milinko Pantiç: "Komandam özünü itirmədi"
"Qalib gəldiyimiz üçün şadam. Çətin qələbə qazandıq. “Sumqayıt” yaxşı komandadır, klubun rəhbərliyini bu cür komanda yaratdığı üçün təbrik edirəm".

Bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Sumayıt"la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

"Qəbələ"yə qalib gəlmişdilər, ötən turda isə “Neftçi” ilə heç-heçə etdilər. İlk hissədən sonra komandam özünü itirmədi, 90 dəqiqə səbrlə oynadıq və bizə lazım olan qolu vurduq. Bu cür oyunlar minimal hesabla başa çatır. Ötən mövsüm “Sumqayıt” komandamızdan 4 xal almışdı”.

Xəbər 832 dəfə oxundu.