Devid Moyesin razı qaldığı futbolçular
"Mançester Yunayted"in baş məşqçisi Devid Moyes futbolçuları Rio Ferdinand və Nemanya Vidiç haqqında müsbət fikirlər səsləndirib.

Moyes hər iki futbolçunun oyunundan razı qaldığını deyib:

"Onlar çox yaxşı ikilidirlər. Vidiç indiyə kimi çalışdığım ən yaxşı müdafiəçidir. Rəhbərliklə danışıb Vidiçin müqaviləsinin yenilənməsini istəyəcəm. Rionun oyun zamanı qazanmaq istəyi isə məni sevindirir. Bir dəfə belə onun məşqlərə gəlmədiyini görməmişəm".

Xəbər 952 dəfə oxundu.