"Arsenal" "Real"ın daha bir futbolçusunu istəyir
"Arsenal" yanvar ayında "Real" (Madrid) klubunun daha bir futbolçusu transfer edə bilər.

Bu mövsüm forma geyindiyi 7 matçda 3 qol və 4 qol ötürməsi ilə yadda qalan hücumçu Kərim Benzemanın komandadan ayılmaq ehtimalları yüksəkdir.

Belə ki, Qaret Beylin start heyətində forma geyməsi fransız oyunçunun matçlarda iştirak etmə şanslarını azaldacaq. "Atletiko" ilə qarşılaşmada forma geyməyəcəyi iddia edilən Benzemanın isə bu səbəbdən klubdan ayrılacağı gözlənilir.

Futbolçu ilə artıq "Arsenal"ın danışıqlara başladığı bildirilib. Madrid klubunun yanvar ayında Benzemanı sataraq Luiz Suarezi transfer edəcəyi iddia edilir.

Xəbər 923 dəfə oxundu.