"Çelsi"nin futbolçu nəhənglərin hədəfində
"Çelsi" klubunun yarımmüdafiəçisi Xuan Mata qışda komandasını dəyişə bilər.

İspaniyalı futbolçu ilə "Arsenal", "Tottenhem", "Mançester Yunayted" və "Real" (Madrid) klubları yaxından maraqlanır.

Mourinyonun gəlişindən sonra "Çelsi"nin əsas heyətindən kənarda qalan 25 yaşlı futbolçu adı çəkilən komandaların təklifini dəyərləndirəcəyini bildirib. Mata gələn Braziliya dünya çempionatının final mərhələsində iştirak etmək üçün daimi əsas heyətdə oynaya biləcək komandaya transfer olmaq niyyətindədir.

Qeyd edək ki, Matanı transfer etmək istəyən komanda 25 milyon funt-sterlinqindən keçməli olacaq.

Xəbər 1253 dəfə oxundu.