"Simurq" "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir
Topaz Premyer Liqasının VIII turuna hazırlıqları davam etdirən "Simurq", bu gün "Şəfa stadionu"nda növbəti məşqinə çıxıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iki saata yaxın davam edən sonuncu məşqdə Georgi Çixradzenin futbolçuları əsasən taktiki təmrinlər ibarət çalışmaları yerinə yetirib.

İkitərəfli oyundan sonra isə müxtəlif "ev tapşırıqları" hazırlanıb, qapıya zərbələr yerinə yetirilib. "Simurq" sabah axşam saatlarında növbəti məşqinə çıxaraq "Qəbələ"ylə oyunun hazırlığını tamamlayacaq və istirahətə çəkiləcək. Komandanın heyətində Draqan Çeran cəzalı olduğundan, Rövşən Əmiraslanov isə köhnə zədəsində yenidən ağrıların olması səbəbindən bu görüşdə forma geyinə bilməyəcək.

Qeyd edık ki, "Simurq" - "Qəbələ" oyunun sabah, saat 18:00-da "Şəfa stadionu"nda keçiriləcək və İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 947 dəfə oxundu.