"Liverpul" Pastore ilə maraqlanır
"Liverpul" heyətini PSJ-nin yarımmüdafiəçisi Xavyer Pastore ilə gücləndirmək istəyir. Mersisaydlılar argentinalı futbolçuya görə qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdılar. Bu barədə "Metro" məlumat yayıb. 2011-ci ildə "Palermo"dan Paris klubuna üz tutan xavbek son vaxtlar ehtiyatda qalır. Buna görə də onun agenti müştərisinin komandasını dəyişəcəyini istisna etmir. Hətta Pastorenin qışda Fransa klubunda gedəcəyi gözlənilir.

Xəbər 890 dəfə oxundu.