Velosiped üzrə dünya çempionatında gənc Azərbaycan idmançıları inamla mübarizə aparmışlar
Sentyabr 24-də İtaliyanın Florensiya şəhərində velosiped idmanı üzrə dünya çempionatı start götürmüşdür. Yarışda Azərbaycan 4 idmançı ilə təmsil olunur.

Yuniyorlar arasında gərgin mübarizə şəraitində keçən fərdi yarışlarda birincilik qazanmış idmançıların adı məlum olmuşdur.

İlk üçlükdə belçika velosipedçisi İqor Decraene, danimarka təmsilçisi Mathias Krigbaum və ABŞ idmançısı Zeke Mostov qərarlaşmışlar.

Finişə birinci çatmış belçikalı velosipedçi 21,8 km məsafəni 26 dəqiqə 56 saniyəyə qət etmişdir.

Yarışında ölkəmizi təmsil edən Elgün Əlizadə qalibdən 2 dəqiqə 35 saniyə geri qalaraq finişə 59-cu çatmışdır.

Bu yarışda çıxış edən digər idmançımız Nicat Niftəliyev isə 79-cu yerlə kifayətlənmişdir.

Xatırladaq ki, gənc velosipedçilərin yarışında 84 idmançı mübarizə aparmışdır.

Xəbər 1183 dəfə oxundu.